BNA: Paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur

BNA: Paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var
İnfrastruktur
30 Mart , 2021 09:05
BNA: Paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur

Hazırda Bakının Qara Qarayev prospektinin metronun “Koroğlu” stansiyası istiqamətində, "20 Yanvar dairəsi"nin Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospektinin şəhər istiqamətində, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətində, Babək prospektinin mərkəz istiqamətində, Sabunçu-şəhər yolunun mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

"Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi