BNA: "Ötən ay müntəzəm marşrut xətləri üzrə 50 milyona yaxın səyahət olub"

BNA: "Ötən ay müntəzəm marşrut xətləri üzrə 50 milyona yaxın səyahət olub" Bu ilin oktyabr ayı ərzində vətəndaş müraciətləri nəzərə alınaraq Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi təkmilləşdirilib, 3 yeni marşrut xətti təşkil edilib.
İnfrastruktur
10 noyabr 2021 11:34
BNA: Ötən ay müntəzəm marşrut xətləri üzrə 50 milyona yaxın səyahət olub

Bu ilin oktyabr ayı ərzində vətəndaş müraciətləri nəzərə alınaraq Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi təkmilləşdirilib, 3 yeni marşrut xətti təşkil edilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

"Bir marşrut xəttinin fəaliyyəti isə bərpa edilib. Bunun sayəsində Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərin ictimai nəqliyyata olan əlçatanlığı artırılıb. Ay ərzində müntəzəm marşrut xətləri üzrə ümumi səyahət sayı 49,9 milyon olub", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi