BNA: Nəqliyyatdakı problemlərin həlli üçün sürücü bazası yaradılmalıdır

BNA: Nəqliyyatdakı problemlərin həlli üçün sürücü bazası yaradılmalıdır Bəzi daşıyıcılar sürücüləri gündəlik 14-15 saat çalışdırır
İnfrastruktur
3 Fevral , 2017 15:28
BNA: Nəqliyyatdakı problemlərin həlli üçün sürücü bazası yaradılmalıdır

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı şəhərində nəqliyyat sahəsində mövcud olan problemləri həll etmək üçün sürücü bazası yaratmaq lazımdır. "Report" xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, bu sektorda aparılan araşdırmalar onu göstərir ki, nəqliyyat sahəsində hələ də həllini tapmayan problemlər mövcuddur: "Baş verən son yol-nəqliyyat hadisələri bir çox daşıyıcıların istehsalat bazasının olmamasını göstərir. Daşıyıcı müəssisələrin istehsalat bazasının olmaması avtobusların texniki, sürücülərin isə tibbi müayinəsinin həyata keçirilməsində problem yaradır. Standartlara cavab verən istehsalat bazalarının olması müəssisənin keyfiyyətli işinə təminat verir. Standartlara cavab verən istehsalat bazası olan daşıyıcı müəssisələrin işi daha rahat şəkildə təşkil olunur. Belə ki, onlar özləri xəttə buraxmamışdan əvvəl həm avtobusları texniki müayinədən keçirir, həm də sürücüləri. Hazırda bununla bağlı daşıyıcılarla danışıqlar aparılır. İlk növbədə bu işin üzərində çalışmaq lazımdır. Daha sonra sürücülərin peşəkarlığını artırmaq üçün xüsusi kurslar təşkil olunacaq".

M.Abbasov bildirib ki, bir sıra daşıyıcılar yeni avtobuslar alıb: "Onlar artıq Agentliyə yeni avtobusları almaları ilə bağlı məktubla muraciət edib. Həmin müəssisələr məktublarında vurğulayıblar ki, yeni avtobusları çıxarmaq üçün xətlər yoxdur. Hazırda yeni xətlərin müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirilir".

Sərnişindaşıma sahəsində mövcud olan problemlərə toxunan direktor müşaviri vurğulayıb ki, 64 saylı marşrutu istismar edən müəssisəyə bildirilən iradlardan sonra nəticə əldə olunub: "Bu müəssisənin artıq qarajları var. Avtobuslar qarajlarda saxlanılır. Bəzi daşıyıcılar hətta 8 saat əvəzində 14-15 saat sürücüləri çalışdırır. Bu kimi halların aradan qaldırılması üçün sürücü bazasının yaradılmadına ehtiyac var".

Son xəbərlər

Orphus sistemi