BNA: "Hazırda 27 marşrut xətti üzrə gecikmə var"

BNA: "Hazırda 27 marşrut xətti üzrə gecikmə var" Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradıb.
İnfrastruktur
6 İyul , 2022 18:52
BNA: Hazırda 27 marşrut xətti üzrə gecikmə var

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, 27 müntəzəm marşrut xətti üzrə 29 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.

Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 13-16 dəqiqə gecikmə ilə hərəkət edir.

Mikayıl Useyinov küçəsi Azneft dairəsi istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.

Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 12-22 dəqiqəyə yaxın gecikir.

Son xəbərlər

Orphus sistemi