BNA daha bir yol kəsişməsində təhlillərə başladı

BNA daha bir yol kəsişməsində təhlillərə başladı Bakının Yusif Səfərov küçəsinin Mehdi Mehdizadə və Sabit Orucov küçələrinin kəsişməsində quraşdırılmış işıqforlari test rejimində işə salınaraq təhlillər aparılır.
İnfrastruktur
13 Yanvar , 2021 20:41
BNA daha bir yol kəsişməsində təhlillərə başladı

Bakının Yusif Səfərov küçəsinin Mehdi Mehdizadə və Sabit Orucov küçələrinin kəsişməsində quraşdırılmış işıqforlari test rejimində işə salınaraq təhlillər aparılır.

Bu barədə Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, layihə çərçivəsində Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Sabit Orucov Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.

Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb.

Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

Sürücülərdən xahiş edirik ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.

Son xəbərlər

Orphus sistemi