BNA: "Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib

BNA: "Baku Bus"a məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan Baku Bus MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib.
İnfrastruktur
12 İyul , 2019 18:00
BNA: Baku Busa məxsus avtobuslarda kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı göstəriş verilib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib. 

Agentliyin mətbuat katibi Mais Ağayev "Report"a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib. 

"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o qeyd edib. 

Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir. 

Son xəbərlər

Orphus sistemi