BNA: Paytaxtda avtobusların aralıq dayanacaqlarda saxlamasına qərar verilib

BNA: Paytaxtda avtobusların aralıq dayanacaqlarda saxlamasına qərar verilib Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib
İnfrastruktur
24 Fevral , 2021 10:20
BNA: Paytaxtda avtobusların aralıq dayanacaqlarda saxlamasına qərar verilib

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi