BNA: "7 marşrut xətti üzrə gecikmə müşahidə olunur"

BNA: "7 marşrut xətti üzrə gecikmə müşahidə olunur" Bakıda 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.
İnfrastruktur
11 Avqust , 2022 14:45
BNA: 7 marşrut xətti üzrə gecikmə müşahidə olunur

Bakıda 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Sözügedən gecikmələrin səbəbi paytaxtın Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) yaranan sıxlıqdır.

Nəticədə 7 müntəzəm marşrut xətti üzrə 9 avtobus hazırda sıxlıqda qalıb.

Son xəbərlər

Orphus sistemi