BNA: "100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb"

BNA: "100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb" Bu günə qədər Bakı şəhərində 100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb.
İnfrastruktur
131
26 Oktyabr , 2021 11:46
BNA: 100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb

Bu günə qədər Bakı şəhərində 100-ə yaxın piyada zolağında sarı döyünən işıq quraşdırılıb.

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Sarı döyünən işıqlar piyada təhlükəsizliyində əsas rol oynayan qurğulardan biridir. Bu yenilik paytaxtda ilk dəfə Xətai rayonunun Sabit Orucov və Mehdi Mehdizadə küçələrində tətbiq olunub. Sarı döyünən işıq piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etməklə yanaşı, avtomobil sürücülərinə qaranlıq saatlarda eynisəviyyəli piyada keçidindən keçmək istəyən piyadanı görmək, yaxınlaşarkən sürəti azaltmaq imkanı verir.

Son xəbərlər

Orphus sistemi