BMT-nin Baş katibi Ümumdünya Məskunlaşma Günü tədbirinin iştirakçılarına müraciət edib

BMT-nin Baş katibi Ümumdünya Məskunlaşma Günü tədbirinin iştirakçılarına müraciət edib "Gəlin Ümumdünya Məskunlaşma Günündə dayanıqlı yaşayış məntəqələrinin yaradılması üzərində çalışaq".
İnfrastruktur
2 Oktyabr , 2023 10:49
BMT-nin Baş katibi Ümumdünya Məskunlaşma Günü tədbirinin iştirakçılarına müraciət edib

"Gəlin Ümumdünya Məskunlaşma Günündə dayanıqlı yaşayış məntəqələrinin yaradılması üzərində çalışaq".

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirin iştirakçılarına göndərdiyi məktubda bildirib.

Məktubu Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif oxuyub. Məktubda qeyd edilib: "Şəhərlər inklüziv, dayanıqlı artımın aparıcı qüvvəsidir və bir neçə çağırışlara tab gətirməlidir. Bunlara iqtisadi şoklar, iqlim dəyişikliyi daxildir. Biz öz fəaliyyətimizdə dünyada bütün BMT sistemini səfərbər edərək dayanıqlı urbanizasiyanı dəstəkləyirik. Dünyəvi iqtisadiyyatların, yaşıl məkanların yaradılması, yerli iqtisadiyyatların inkişafı ərzaq istehsalına təsir göstərəcək. Həssas olan əhali qruplarının müdafiə edilməsi, dəstəklənməsi, dayanıqlı infrastrukturlara investisiya qoyuluşlarının həyata keçirilməsi çox əhəmiyyətlidir".

Son xəbərlər

Orphus sistemi