Paytaxtda bir sıra avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək

Paytaxtda bir sıra avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək Bakı Nəqliyyat Agentliyi bu gün axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik edəcək.
İnfrastruktur
12 Aprel , 2019 17:31
Paytaxtda bir sıra avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək

Bakı Nəqliyyat Agentliyi bu gün axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik edəcək.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək. 

Son xəbərlər

Orphus sistemi