İbrahimpaşa Dadaşov küçəsi təmir olunub

İbrahimpaşa Dadaşov küçəsi təmir olunub Ümumilikdə 10 min kv. metrdən çox sahə asfaltlanıb
İnfrastruktur
18 Aprel , 2017 15:38
İbrahimpaşa Dadaşov küçəsi təmir olunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq istifadəyə verilib. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, 10 min kv. metrdən çox sahənin asfaltlanması, bundan başqa, səkilərin kənarlarına isə 1 500 poqon metr yeni səki daşının düzülməsi işləri aparılıb. 

Təmir işləri zamanı səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilib, yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa, zəruri olan yerlərə yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi