Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq

Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq Sürücülərə Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə etmək tövsiyə edilir
İnfrastruktur
184
11 Sentyabr , 2017 17:43
Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. 

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib. 

"Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi