Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurma işləri yekunlaşır - VİDEO

Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurma işləri yekunlaşır - VİDEO 4,5 km uzunluğunda yol uzun müddətdir ki, təmir olunmadığı üçün onun hərəkət hissəsi sıradan çıxıbmış
İnfrastruktur
5 Noyabr , 2016 09:26
Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurma işləri yekunlaşır - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarının biri olan Əli İsazadə küçəsinin (“Südçülük sovxozu” deyilən əraziyə gedən yol) yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumatda deyilir ki, 4,5 km uzunluğunda yol uzun müddətdir ki, təmir olunmadığı üçün onun hərəkət hissəsi sıradan çıxıbmış. Bundan başqa yolun ensiz olması xüsusən də payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin hərəkətində xeyli çətinliklər yaradıb.

Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib, 4 zolağı olan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla15-17 metrə çatdırılıb. Yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1-2 metr enində piyada səkiləri tikilib.

Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi qurulacaq. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlrədə yeniyağış-kanalizasiya sistemi yaradılıb.

Yenidənqurma işləri çərçivəsində yoldan kommunikasiya xətləri kənara köçürülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləçdirilib. Daha sonra yol əsasının inşası işləri aparılıb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 80 min kv.m əraziyəiki qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Əli İsazadə küçəsinin yenidən qurulması işləri ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi