Biləsuvarda suötürücü keçidlərin təmirinə başlanılıb

Biləsuvarda suötürücü keçidlərin təmirinə başlanılıb Biləsuvar rayonunda suötürücü keçidlər təmir olunur.
İnfrastruktur
12 avqust 2023 13:03
Biləsuvarda suötürücü keçidlərin təmirinə başlanılıb

Biləsuvar rayonunda suötürücü keçidlər təmir olunur.

Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Aşağı Cürəli kəndində əkin sahələrinin yaxınlığındakı şor kollektorlarında olan 3 ədəd suötürücü keçid yararsız halda olduğu üçün yenisi ilə əvəzlənib.

Bundan əlavə Cənubi Muğan kanalının Ağalıkənd, Dərvişli və Zəhmətabad kəndlərindən keçən qollarında da lildən təmizlənmə işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi