Biləsuvar yolunda hərəkət məhdudlaşdırılacaq

Biləsuvar yolunda hərəkət məhdudlaşdırılacaq Aparılan təmir işləri ilə əlaqədar olaraq, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yolla hərəkət sabah səhər saatlarından qismən məhdudlaşdırılacaq.
İnfrastruktur
28 Mart , 2019 18:00
Biləsuvar yolunda hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yolla hərəkət sabah səhər saatlarından qismən məhdudlaşdırılacaq. 

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyət 3-4 gün davam edəcək. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaranmasın deyə alternativ olaraq magistral yolun 111-ci km-dən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.

"AAYDA yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir", - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi