Bakı. 22 avqust. REPORT.AZ/ Biləcəri-Keşlə dəmir yolunda aparılan təmir işləri ilə bağlı bu ərazidə 35 gün müddətinə texniki fasilə veriləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gündən sentyabrın 29-na qədər Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.