“Bibiheybət” Gəmi Təmiri Zavodunda ötən il 98 gəmi təmir olunub

“Bibiheybət” Gəmi Təmiri Zavodunda ötən il 98 gəmi təmir olunub 2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 98 müxtəlif təyinatlı gəmi təmir edilib.
İnfrastruktur
27 Yanvar , 2023 10:19
“Bibiheybət” Gəmi Təmiri Zavodunda ötən il 98 gəmi təmir olunub

2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 98 müxtəlif təyinatlı gəmi təmir edilib.

Bu barədə "Report"a ASCO-dan bildirilib.

Məlumata görə, gəmilərin 25-i əsaslı, 43-ü tərsanə, 30-u cari təmir olunub. Bu üzən vasitələrin 82-si ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 3-ü Dəniz Nəqliyyatı Donanmasına, 13-ü isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi