“Bibiheybət” Gəmi Təmiri Zavodunda mini futbol meydançası açılıb 

“Bibiheybət” Gəmi Təmiri Zavodunda mini futbol meydançası açılıb   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC idmançılara dəstək olub
İnfrastruktur
22 May , 2021 14:35
“Bibiheybət” Gəmi Təmiri Zavodunda mini futbol meydançası açılıb 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində tikilən mini futbol meydançasının açılış mərasimi keçirilib.

Bu barədə "Report" “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə isitnadən xəbər verir.

Tədbirdə “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanov, direktor müavini Namiq Nurməmmədov, ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin rəisi İlqar Oruclu, şöbənin əməkdaşları İxtiyar Asyabi, Ramal Niyazov, “Səbail” FK-nın Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov, Klubun idman direktoru Fərəc Əliyev, futbol üzrə Azərbaycan yığmasının üzvü, “Səbail”in futbolçusu Rauf Əliyev iştirak ediblər.

Zavodun direktoru Nəsib Qəhrəmanov bildirib ki, idman meydançasınının fəaliyyətə başlaması təmirçilərin sevincinə səbəb olub. Bu, onların fiziki inkişafında böyük rol oynayacaq. Meydançanın Zavod əməkdaşlarına uğur gətirəcəyinə inandığını deyən Nəsib Qəhrəmanov bu idman infrastrukturunun yaradılmasına təşəbbüs göstərənlərə və əmək sərf edənlərə təşəkkürünü bildirib.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin rəisi İlqar Oruclu qeyd edib ki, bu gün ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. ASCO da korporativ sosial məsuliyyəti çərçivəsində bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə fəal dəstək verir. Zavod ərazisində meydançanın tikilib təmirçilərin ixtiyarına verilməsi də bunun bariz nümunəsidir. Gələcəkdə bu cür layihələr ASCO rəhbərliyinin dəstəyi ilə davam etdiriləcək.

“Səbail” FK-nın Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov idman meydançasının açılışı münasibətilə BGTZ əməkdaşlarını təbrik edib. O, Zavodun ərazisində belə bir meydançanın tikilib istifadəyə verilməsini yüksək qiymətləndirib və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə BGTZ-nin əməkdaşı Fuad Rüstəmova təqaüdə çıxması ilə əlaqədar simvolik olaraq “Səbail”-in 65 nömrəli köynəyi hədiyyə olunub.

Həmçinin, idman meydançasının tikilməsində yaxından iştirak etdiyinə və öz köməkliyini əsirgəmədiyə görə “Səbail” FK-nın Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədova Zavod adından xatirə hədiyyəsi verilib.

Sonda Zavodun həvəskar idmançıları arasında futbol yarışı təşkil olunub.

Son xəbərlər

Orphus sistemi