Bəzi Mərkəzi Aran rayonlarında torpaq qanunvericiliyinin pozulması üzrə 135 hal aşkar edilib

Bəzi Mərkəzi Aran rayonlarında torpaq qanunvericiliyinin pozulması üzrə 135 hal aşkar edilib Ötən il Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apardığı monitorinqlər nəticəsində torpaq qanunvericiliyinin pozulması ilə bağlı 135 hal aşkar edilərək sənədləşdirilib.
İnfrastruktur
15 Mart , 2023 15:22
Bəzi Mərkəzi Aran rayonlarında torpaq qanunvericiliyinin pozulması üzrə 135 hal aşkar edilib

Ötən il Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apardığı monitorinqlər nəticəsində torpaq qanunvericiliyinin pozulması ilə bağlı 135 hal aşkar edilərək sənədləşdirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu barədə Ucarda torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirəsində bildirilib.

Hesabat dövründə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 57 inzibati protokol tərtib edilib, 26 330 manat məbləğində cərimə tətbiq olunub.

Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib.

Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur.

Son xəbərlər

Orphus sistemi