Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna yeni üzv qatılıb

Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna yeni üzv qatılıb Bu, “Avropa-Asiya arasında inteqrasiya olunmuş nəqliyyat dəhlizləri” tədbiri çərçivəsində baş tutub
İnfrastruktur
8 Sentyabr , 2017 18:50
Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna yeni üzv qatılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün “Avropa-Asiya arasında inteqrasiya olunmuş nəqliyyat dəhlizləri” II Beynəlxalq Nəqliyyat Konfransı çərçivəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin ümumi iclası keçirilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a daxil olan məlumata görə, ümumi iclasın işində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Polşa və Ukraynanın dəmir yolları, gəmiçilik şirkətləri və limanların nümayəndələri iştirak ediblər.

Toplantıda Azərbaycan şirkəti olan "ADY Container" MMC-nin Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna yeni üzv kimi daxil olması haqqında qərar qəbul edilib. Tədbirdə yükdaşıma texnologiyalarının təkmilləşdirilməsi sahəsində digər vacib qərarlar verilib.

Görüş iştirakçıları bildiriblər ki, TBNM intensiv şəkildə inkişaf edir. Marşrut üzrə texniki məqamlar və vahid tarif siyasəti təkmilləşdirilib və bunun üçün də marşrutun gələcək perspektivləri çox böyükdür.

Eyni zamanda ümumi qərarla Transxəzər Beynəlxalq Marşrutun Avrasiya məkanında tanıdılması və inkişaf etdirilməsi məqsədi ilə marşruta “Middle corridor” adı verilib.

Son xəbərlər

Orphus sistemi