Beynəlxalq Nəqliyyat Forumunun iclası keçirilib

Beynəlxalq Nəqliyyat Forumunun iclası keçirilib Bu gün Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib.
İnfrastruktur
11 Dekabr , 2020 18:05
Beynəlxalq Nəqliyyat Forumunun iclası keçirilib

Bu gün Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib.

Bu barədə “Report”a Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, “Nazirlərin COVID-19 və nəqliyyat mövzusunda xüsusi qeyri-rəsmi dəyirmi masası” videobağlantı formatında təşkil edilib. Tədbirdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib. O, Azərbaycanın pandemiya dövründə də öhdəliklərinə məsuliyyətlə yanaşdığını, etibarlı tranzit və logistika mərkəzi olaraq ərazisi üzərindən maneəsiz tranzit trafikini təmin etdiyini bildirib.

“Pandemiya şəraitində ölkələrimiz arasında açıq ticarətin qorunması və beynəlxalq yükdaşımalarının fasiləsiz həyata keçirilməsi vacibdir. Hökumətin qərarına uyğun olaraq, xarici yük maşını sürücüləri maneəsiz Azərbaycan ərazisinə daxil ola və ya ölkə ərazisindən tranzit keçə bilirlər”, – deyə nazir müavini iştirakçıların diqqətinə çatdırıb.

O qeyd edib ki, yük maşını sürücülərinin, digər insanlarla təmaslarını minimuma endirmək məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında xüsusi ayrılmış istirahət və yemək yerləri yaradılıb.

Nazir müavini nəqliyyatdakı inkişaf tendensiyaları və COVID-19 pandemiyasının nəqliyyat əməliyyatları və xidmətlərində rəqəmsallaşdırma da daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi