Bərdədə müharibə vaxtı dağıdılmış 215 tikilidə təmir-bərpa işləri yekunlaşıb

Bərdədə müharibə vaxtı dağıdılmış 215 tikilidə təmir-bərpa işləri yekunlaşıb 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Bərdədə dağıdılmış 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.
İnfrastruktur
25 Oktyabr , 2021 15:06
 Bərdədə müharibə vaxtı dağıdılmış 215 tikilidə təmir-bərpa işləri yekunlaşıb

44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Bərdədə dağıdılmış 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.

Bu barədə “Report”a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumata görə, hazırda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılmış, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəyib.

Son xəbərlər

Orphus sistemi