Bərdə və Yevlax sakinləri nazirdən şəhərdaxili marşrut avtobuslarının yenilənməsini istəyib

Bərdə və Yevlax sakinləri nazirdən şəhərdaxili marşrut avtobuslarının yenilənməsini istəyib Ziya Məmmədov Yevlax rayonunda vətəndaşlarla görüşüb
İnfrastruktur
30 dekabr 2016 11:53
Bərdə və Yevlax sakinləri nazirdən şəhərdaxili marşrut avtobuslarının yenilənməsini istəyib

Bakı. 30 dekabr. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov bu gün Yevlaxda qəbul keçirib. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul zamanı Ağdam, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilib.

Müraciətlər əsasən Ağdam avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Yevlax rayonunun Hacıselli-Havarlı-Varvara-Marzılı kəndlərinə əvvəllər işləmiş marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub. Həmçinin, Bərdə və Yevlax şəhərdaxili marşrut avtobuslarının yenilənməsinə köməklik göstərilməsi xahiş olunub. Vətəndaşlar Ağdam rayonu ərazisində kiçik tutumlu avtobuslarla sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkili, Bərdə və Yevlax rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi