“Bərdə” gəmi-bərəsi təmir olunub

“Bərdə” gəmi-bərəsi təmir olunub “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb.
İnfrastruktur
2814
30 Noyabr , 2020 15:58
“Bərdə” gəmi-bərəsi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin təmiri yekunlaşıb.

ASCO-dan “Report”a verilən məlumata görə, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar təmir olunub. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək iki qat rənglənib. Həmçinin divan və stullar təmir olunaraq üzlənib.

Sınaq üzüşündən uğurla çıxan gəmi-bərə artıq istismara da qaytarılıb.

Uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Son xəbərlər

Orphus sistemi