​Baş Ələt dəmir yolu stansiyasında yolların əsaslı təmirinə başlanılıb

​Baş Ələt dəmir yolu stansiyasında yolların əsaslı təmirinə başlanılıb Təmir işləri iki gün davam edəcək
İnfrastruktur
26 Sentyabr , 2014 11:55
​Baş Ələt dəmir yolu stansiyasında yolların əsaslı təmirinə başlanılıb
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun əsaslı təmiri işləri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, bu gün Baş Ələt stansiyasının ümumi uzunluğu 1 900 metr olan 1-ci və 2-ci yollarının əsaslı təmirinə start verilib və təmir işləri iki gün davam edəcək.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları”nın “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev bildirib ki, səhər saatlarında artıq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafina dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 2013-cü il dekabrın 10-da Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317,8 km-lik hissə uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Son xəbərlər

Orphus sistemi