Baş nazirin müavini deputata cavab verib

Baş nazirin müavini deputata cavab verib Baş nazirin müavini Şahin Mustafayev Milli Məclisin üzvü Aydın Mirzəzadənin Mingəçevirin suvarma problemi ila bağlı məktubuna cavab verib.
İnfrastruktur
496
18 Yanvar , 2021 16:05
Baş nazirin müavini deputata cavab verib
Şahin Mustafayev

Baş nazirin müavini Şahin Mustafayev Milli Məclisin üzvü Aydın Mirzəzadənin Mingəçevirin suvarma problemi ila bağlı məktubuna cavab verib.

"Report" xəbər verir ki, cavab məktubunda deyilir:

"Mingəçevir şəhərində kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarının həyətyanı sahələrin, parkların, xiyabanların, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə fəaliyyət göstərən müəssisələri ərazisindəki yaşıllıqların suvarma suyu ilə təmin edilməsi barədə müraciətinizə Nazirlər Kabinetində baxılıb. Mingəçevir şəhərinin coğrafi mövqeyi və su ehtiyatlarının mövcudluğu nəzərə alınaraq, şəhərin suvarma suyu ilə təchizatı məqsədilə köhnə su şəbəkəsindən və istismarından çıxarılan polad borulardan istifadə imkanları öyrənilməklə, içməli su təchizatı şəbəkəsindən ayrılıqda müstəqil suvarma şəbəkəsinin yaradılması məsələsinə baxılaraq, Mingəçevir şəhərinin suvarma suyu ilə təchizatının həyata keçirilməsinə dair təkliflərin təqdim ediləməsi barədə aidiyyəti qurumlara tapşırıq verib.

Təkliflər təhlil edildikdən sonra İqtisadiyyat Nazirliyinin rəyi əsas götürülərək şəhərdaxili suvarma sisteminin layihəsinin hazırlanması və yenidən qurulması məqsədə uyğun hesab edilib".

Son xəbərlər

Orphus sistemi