“Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.
“Report” xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.
O, mühüm infrastuktur layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti barədə də danışıb və ötən il onunla yük daşımalarının həcminin 2 dəfə artdığını bildirib.
“Əminik ki, bu işbirliyi davam edəcək. Azərbaycan artıq 3+3 formatında yeni regional əməkdaşlıq platforması təklif edib. Bu platformanın mühüm tərkib hissəsi Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhlizdir”, - o qeyd edib.