Baş direktor: “Azərbaycan hava limanlarının ACI-yə daxil olması regionda hava nəqliyyatının inkişafına imkan verəcək”

Baş direktor: “Azərbaycan hava limanlarının ACI-yə daxil olması regionda hava nəqliyyatının inkişafına imkan verəcək” Beynəlxalq Hava Limanları Şurası (“Airports Council International”, ACI) qürur duyur ki, Azərbaycan hava limanları təşkilatın yeni üzvlərindən biridir.
İnfrastruktur
12 İyun , 2024 14:53
Baş direktor: “Azərbaycan hava limanlarının ACI-yə daxil olması regionda hava nəqliyyatının inkişafına imkan verəcək”

Beynəlxalq Hava Limanları Şurası (“Airports Council International”, ACI) qürur duyur ki, Azərbaycan hava limanları təşkilatın yeni üzvlərindən biridir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ACI-nin baş direktoru Luis Felipe de Oliveyra deyib.

Onun sözlərinə görə, Azərbaycan hava limanlarının ACI-yə qoşulması təşkilata bu regionda, o cümlədən Mərkəzi Asiyada hava nəqliyyatını inkişaf etdirməyə imkan verəcək.

“Biz dünya üzrə təxminən 2 100 hava limanını təmsil edən qlobal hava limanı təşkilatıyıq. Qlobal trafikin təxminən 95 %-i bu hava limanlarının payına düşür. Hava limanları cəmiyyətin inkişafında əsas rol oynayır və ölkələrin naviqasiya provayderləri ilə əməkdaşlıq etmək bizim üçün çox vacibdir. Biz qlobal iqtisadiyyatın təxminən 10 %-nə xidmət göstərən ekosistemik. Üzvlərimiz aviasiyanın dayanıqlı gələcəyinin təmin edilməsində əsas rol oynayırlar”, - o vurğulayıb.

Xatırladaq ki, aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının sıralarına qoşulub. Bundan başqa, Azərbaycanın digər hava limanı Gəncə Beynəlxalq Hava Limanı da şuraya üzv seçilib.

Son xəbərlər

Orphus sistemi