​“Bakı Taxı” yeni sistemə keçir

​“Bakı Taxı” yeni sistemə keçir “Bakı Taxı” MMC-nin müştəri xidməti GPS sistemi ilə işləyəcək
İnfrastruktur
5 Sentyabr , 2014 15:04
​“Bakı Taxı” yeni sistemə keçir
Bakı. 5 sentyabr. REPORT.AZ/ Tezliklə “Bakı Taxı” MMC-nin müştəri xidməti GPS sistemi ilə işləyəcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib. Məlumata görə “Bakı Taxı” MMC -də sifarişlər peşəkar operatorlar tərəfindən qəbul olunacaq, GPS xidməti vasitəsilə ünvan tam dəqiqləşdirildikdən sonra müştəriyə yaxın olan sürücüyə həmin məkan haqqında tam dolğun informasiya çatdırılacaq. Qurum bu addımların vaxt itkisinə yol vermədən, operativ surətdə müştəriləri sifariş etdikləri məkandan götürməyə imkan yaradacağını bəyan edib. Bununla yanaşı MMC müştəri ilə sürücünün ünsiyyəti də minimuma endirmək fikrindədir.

Qeyd edək ki, Bakı şəhəri üzrə *9000 nömrəsini yığmaqla “Bakı Taxı” MMC-nin taksilərini sifariş etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi