Bakıya yeni avtobuslar gətiriləcək

Bakıya yeni avtobuslar gətiriləcək Bu ilin sonuna kimi Bakıda 700-ə yaxın marşrut avtobusu kart sisteminə keçəcək
İnfrastruktur
3634
28 Fevral , 2018 11:47
Bakıya yeni avtobuslar gətiriləcək
Bakı Nəqliyyat Agentlyinin baş direktorunun müşaviri Mübariz Abbasov / Report/ Firi Salim

Bakı. 28 fevral. REPORT.AZ/ Bu il ərzində Bakı şəhərində 700-ə yaxın marşrut avtobusu vahid kart sisteminə keçəcək. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakı Nəqliyyat Agentlyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, hazırda bu sistemə 500-ə yaxın marşrut avtobusu qoşulub: "İlin sonuna kimi şəhərə 300-dən çox yeni avtobus gətiriləcək. Bu günə qədər BNA-nın tələbi ilə daşıyıcılar 1 000-ə yaxın avtobusu təmir edib standarta uyğunlaşdırıblar".

BNA rəsmisi marşrut xətlərinin sayına da aydınlıq gətirib. Onun sözlərinə görə, agentlik yaranana qədər Bakıda 157 marşrut xətti olub ki, optimallaşma nəticəsində bunların sayı 146-ya enib.

Son xəbərlər

Orphus sistemi