Bakıya gələn təyyarə geri qaytarılıb

Bakıya gələn təyyarə geri qaytarılıb Texniki problem səbəbindən "Aeroflot" şirkəti Moskva-Bakı aviareysini təxirə salıb
İnfrastruktur
18 Fevral , 2015 09:45
Bakıya gələn təyyarə geri qaytarılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün 05:00 radələrində Moskvanın "Şeremetyevo" hava limanından Bakıya gəlməli olan təyyarə yenidən Rusiya paytaxtına qaytarılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, "SU 1854" saylı Moskva-Bakı reysini yerinə yetirən Rusiyanın "Aeroflot" şirkətinə məxsus "Sukhoi Superjet 100-95" markalı laynerdə yaranan texniki problemə görə qarşı tərəf təyyarəni geri çağırıb.

Qeyd edək ki, bu reysin bu gün 15:00-da yerinə yetiriləcəyi bildirilir.

İngilis versiyası Plane flying to Baku returns

Son xəbərlər

Orphus sistemi