​Bakıya 18 metrlik sərnişin avtobusu gətirilib

​Bakıya 18 metrlik sərnişin avtobusu gətirilib O, paytaxtda 1 nömrəli marşrut xəttinə sınağa çıxarılıb
İnfrastruktur
23 Noyabr , 2015 13:25
​Bakıya 18 metrlik sərnişin avtobusu gətirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı şəhərində sərnişin daşımaçılığı ilə məşğul olan "BakuBus" MMC paytaxta yeni və daha iritutumlu sərnişin avtobusu gətirib.

"Report" xəbər verir ki, bu yeni nəqliyyat vasitəsinin uzunluğu təxminən 18 metrdir. Yeni avtobusun sərnişin tutumu 170-190 nəfərdir.

Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.

İngilis versiyası Baku imports ​18-meter bus

Son xəbərlər

Orphus sistemi