Bakı. 5 fevral. REPORT.AZ/ Magistral su xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.