Bakının Xətai rayonunda bu il 13 kilometrdən çox yol təmir edilib

Bakının Xətai rayonunda bu il 13 kilometrdən çox yol təmir edilib Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu il Bakının Xətai rayonunda ümumi uzunluğu 13 260 metr olan 9 küçədə təmir işləri aparıb.
İnfrastruktur
6 Dekabr , 2022 12:18
Bakının Xətai rayonunda bu il 13 kilometrdən çox yol təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu il Bakının Xətai rayonunda ümumi uzunluğu 13 260 metr olan 9 küçədə təmir işləri aparıb.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir işləri Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1250 metr), Cavanşir (1400 metr), Nazim Şükürov (980 metr), ümumi uzunluğu 5 000 metr olan Elvin Şükürlü və Zeytunluq küçələrində, həmçinin Boru keçidinin döngələrində (1650 metr) aparılıb.

Xətai rayonunda 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi