Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın Üzeyir Hacıbəyov küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil edib.
İnfrastruktur
28 Sentyabr , 2022 15:39
Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın Üzeyir Hacıbəyov küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu addım qurumun hazırladığı "Bakıda velosiped nəqliyyatı" konseptual planına əsasən, velosiped yolu və infrastrukturun yaradılması istiqamətində tədbirlər çərçivəsində atılıb. Eyni zamanda, Sahil bağı ətrafında velosiped yollarının qurulması işləri də davam etdirilir.

"Velosiped duracaqları şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, velosipeddən istifadəni təşviq edən vasitələrdən biridir", - agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi