Bakının Təbriz küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakının Təbriz küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ Bakı. 9 mart. REPORT.AZ/ Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq, Bakının Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinə qədər olan hissəsində bu gecədən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
İnfrastruktur
9 Mart , 2018 17:13
Bakının Təbriz küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Bakı. 9 mart. REPORT.AZ/ Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq, Bakının Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinə qədər olan hissəsində bu gecədən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report" a verilən məlumata görə, məhdudiyyət qısa müddətə tətbiq ediləcək.

Agentlik yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir. 

Son xəbərlər

Orphus sistemi