Bakının Səbail rayonunda su kəsiləcək

Bakının Səbail rayonunda su kəsiləcək Bakının Səbail rayonunun Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib.
İnfrastruktur
18 Dekabr , 2019 09:16
Bakının Səbail rayonunda su kəsiləcək

Bakının Səbail rayonunun  Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib.

"Report" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

"Qəzanın aradan qaldırılması ilə əlaqədar dekabrın 18-də gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. "Azərsu" yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi