Sabah Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Report" "Azərsu" ASC-yə istinadən xəbər verir ki, məhdudiyyət magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.