Bakının Nəsimi rayonunda su kəsilib

Bakının Nəsimi rayonunda su kəsilib Bakının&Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun&bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
İnfrastruktur
421
6 İyul , 2020 14:41
Bakının Nəsimi rayonunda su kəsilib

Bakının Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.