Bu gün və sabah Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
“Report” bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb sözügedən küçədə yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulmasıdır.
"Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik", - məlumatda qeyd olunub.