Bakının Nərimanov rayonunun bir hissəsində su kəsilib

Bakının Nərimanov rayonunun bir hissəsində su kəsilib Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
İnfrastruktur
21 Yanvar , 2022 17:22
Bakının Nərimanov rayonunun bir hissəsində su kəsilib

Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Qurum yaranacaq narahatlıqla bağlı abunəçilərdən üzr istəyib.

Son xəbərlər

Orphus sistemi