Bakının mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluqda velosiped yolunun 1,6 km hissəsi artıq yekunlaşıb.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, hazırda velosiped yollarına iki komponentli boya vurulur.
Paytaxtın Baş Planına əsasən, velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251,2 km təşkil edəcək.