Bakının mərkəzində müasir yol infrastrukturu yaxın müddətdə istifadəyə veriləcək - VİDEO

Bakının mərkəzində müasir yol infrastrukturu yaxın müddətdə istifadəyə veriləcək - VİDEO Paytaxtda 5 küçədən 3-də təmir-tikinti işləri tam bitib
İnfrastruktur
24 may 2017 12:31
Bakının mərkəzində müasir yol infrastrukturu yaxın müddətdə istifadəyə veriləcək - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 24 may. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir.

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.

"Bu çərçivədə işlərin 95%-i görülüb. İşlərin tam olaraq yekunlaşdığı 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsindən başqa, Mirzəağa Əliyev və Füzuli küçələrində də yenidənqurma işləri artıq bitib. Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin uzunluqları müvafiq olaraq 750 m və 800 m təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, 3 qat olmaqla asfalt-beton örtük döşənib", - məlumatda qeyd edilib.

Bundan əlavə, uzunluğu 1 825 m, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2 165 m uzunluğu olan Nərimanov prospektində isə yeni kommunikasiya xətləri çəkilib, ikiqat olmaqla asfalt-beton örtük döşənib. Yaxın günlərdə sözügedən ərazilərdə asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də görülərək yekunlaşdırılacaq. Ümumilikdə Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafında yenidən qurulan yol infrastrukturunun mövcud yol şəbəkəsinə birləşdirilməsi işləri də görülərək yekunlaşdırılıb. Hazırda layihənin gerçəkləşdiyi ərazi boyu piyada səkilərinin tikintisi, səki daşlarının düzülməsi, səkilərə və yol ayrıclarına tamet daşların döşənməsi işləri aparılır ki, bu işlər də yaxın müddət ərzində yekunlaşdırılacaq.

Yenidən qurulan küçələrdə müasir işıqlandırma sistemləri, 14 ünvanda ciblik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa olunacaq, küçələr boyu geniş yaşıllılar və parklar salınacaq.

Son xəbərlər

Orphus sistemi