​Bakının mərkəzi yollarında tıxac yaranıb

​Bakının mərkəzi yollarında tıxac yaranıb Paytaxtın əsas küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur
İnfrastruktur
27 Aprel , 2015 09:30
​Bakının mərkəzi yollarında tıxac yaranıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət etdiyi əksər mərkəzi küçələrdə tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti (şəhər istiqamətində, əsas yol), Azadlıq prospekti, Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətində), habelə Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) tıxac müşahidə olunur.

Eyni zamanda, nəqliyyat vasitələrinin Neftçilər prospekti (Qız Qalasının qarşısı), Niyazi küçəsi, Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) və Həsən Əliyev küçəsi (TQDK-nın qarşısı) ilə hərəkətində sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi