Bakının mərkəzi yollarında nisbi sıxlıq yaranıb

Bakının mərkəzi yollarında nisbi sıxlıq yaranıb Bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti intensiv deyil
İnfrastruktur
8 Yanvar , 2016 09:18
Bakının mərkəzi yollarında nisbi sıxlıq yaranıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.

Belə ki, hazırda Bakı-Sumqayıt şosesində (paytaxta doğru), Binəqədi şosesində (mərkəzə doğru), Neftçilər prospektində, Niyazi küçəsində, o cümlədən Mikayıl Hüseynov prospektində, Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahı istiqamətində) və Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi