​Bakının mərkəzi küçəsində tıxac yaranıb

​Bakının mərkəzi küçəsində tıxac yaranıb Bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
İnfrastruktur
140
22 Aprel , 2015 09:52
​Bakının mərkəzi küçəsində tıxac yaranıb

Bakı. 22 aprel. REPORT.AZ/ Hazırda Bakı şəhərinin bəzi küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu saatlarda ən çox sıxlıq paytaxtın Zərifə Əliyeva küçəsində qeyd alınıb. Bu küçədə hazırda, hətta tıxac yaranıb.

Eyni zamanda, Tbilisi prospektində də sıxlıq müşahidə olunur. Bakı-Sumqayıt şosesində də nəqliyyat vasitələrinin şəhər istiqamətində sıxlığı yaranıb. NİİM-dən bildirilib ki, bu istiqamətdə sıxlıq 10-15 dəqiqədən sonra aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi