Bakının Mərdəkan şossesində yanğın baş verib, yolda sürət həddi endirilib

Bakının Mərdəkan şossesində yanğın baş verib, yolda sürət həddi endirilib Yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub
İnfrastruktur
23 İyun , 2021 12:38
Bakının Mərdəkan şossesində yanğın baş verib, yolda sürət həddi endirilib

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.

"Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub.

Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.

Son xəbərlər

Orphus sistemi