Bakı. 1 oktyabr. REPORT.AZ/ Hazırda Bakının bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.
“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.