Bakının iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakının iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Həmçinin 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək, 1 marşrut xəttinin fəaliyyəti isə müvəqqəti dayandırılacaq
İnfrastruktur
1692
17 Aprel , 2018 17:40
Bakının iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakı. 17 aprel. REPORT.AZ/ Bakının "Sovetski” adlanan ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri saat 23:00-dan növbəti gün saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. 

"Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 23-dən tətbiq ediləcək və mayın 1-nə qədər qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi